
Türkiyənin mərkəzi hissəsində 4,6 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
“Zəlzələ Türkiyə vaxtı ilə 08:52-də, dağıdıcı zəlzələnin episentri olan Kahramanmaraş şəhərindən 58 kilometr şimal-qərbdə və Afşin qəsəbəsindən 26 km aralıda qeydə alınıb”, – Seysmoloji Mərkəzin məlumatında qeyd olunub.
Gununsesi.info