Türkiyədə iyulun 1-dən ödənişli hərbi xidmət haqları qalxacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.
Bildirilir ki, hazırda hərbi xidmətdə olanlara isə iyunun 28 – nə qədər ödənişi tam olaraq keçirmələri haqda xəbərdarlıq edilib. Əks halda onlar yeni tariflə ödəmək zorunda qalacaqlar.
Xatırladaq ki, hazırda Türkiyədə ödənişli hərbi xidmət 183 min 609 türk lirəsidir ki, bu da təxminən 10 min manat edir.
Xəqani
Gununsesi.info