Türkiyədə parlament seçkiləri ləğv edilə bilər

  • By admin
  • 30 May 2018 13:13

Sabah Türkiyə Konstitusiya Məhkəməsi növbədənkənar prezident seçkiləriylə əlaqədar ən kritik qərarını verəcək.

Türkiyədə bütün gözlər Konstitusiya Məhkəməsinə yönəlib. Bir neçə gün əvvəl Cumhuriyyət Xalq Partiyası (CHP) seçki təhlükəsizliyi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi. CHP bütün tədbirlərin ləğv edilməsini tələb edib. Bundan başqa seçkilərin ümumiyyətlə ləğv edilməsi də ehtimallardan biri hesab olunur.

Verilən məlumatda bildirilir ki, əgər CHP-nin istəyi Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilməzsə, seçkilərin keçirilməsinə heç bir mane qalmayacaq. Qəbul edərsə, aktın yenidən qurulması üçün 1 il, ya da 6 ay zaman istəyə bilər.

Bundan başqa seçkilərin təmamilə ləğv edilə biləcəyi barəsində fikirlər mövcuddur. Ancaq belə bir qərarın verilməsi real görünmür.(Modern.az)