Türkiyədə partlayış - YARALANANLAR VAR - FOTO+VİDEO

  • By admin
  • 12 Aprel 2017 12:26

unnamed (13)
Türkiyədə tektstil fabrikində partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Tekirdağ vilayətinin Çərkəzköy rayonunda yerləşən fabrikdə baş verən partlayış zamanı tüstüdən zəhərlənən 29 işçi Çerkezköy Dövlət Xəstəxanasına yerləşdirilib.

Belə ki, partlayış sonra ərazi üzrə kimyəvi həyəcan siqnalı verilib. Həyəcan siqnalından sonra fabrikin yerləşdiyi ərazidəki digər işçilər evlərinə buraxılıblar.

Hadisə yerinə xilasedicilər, həkim briqadaları və polis qüvvələri göndərilib.

Çerkezköy rayonun icra məmuru Atilla Selami Abba və bələdiyyə sədri Vahap Akay hadisə yerinə gedərək araşdırma aparıblar.

Atilla Selami Abba mətbuata açıqlamasında bildirb ki, ilkin məlumata görə, tektstil fabrikində yerləşən qazanlardan birinin həddindən artıq qızması nəticəsində kimyəvi reaksiya gedib: “Bunun nəticəsindədə partlayış baş verib. İy və tüstü səbəbiylə fabrik tamamilə boşaldılıb. Hazırda yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb” -, deyə o bildirib.

unnamed (14) unnamed (12)

Anar

Gununsesi.info