Türkiyədə partlayış –  18 şəhid - YENİLƏNİB

  • By admin
  • 09 Oktyabr 2016 18:40

54104

 

Türkiyənin Hakkari vilayətində partlayış baş verib.

Gununsesi.info “Anadolu”  istinadən xəbər verir ki, minalanmış avtomobilin partlaması nəticəsində səkkiz türk əsgəri həlak olub. 10-a yaxın hərbçinin yaralandığı bildirilir.

Partlayış polis avtomobilləri yoxlayarkən baş verib.

***

Anadolu informasiya agentliyinin Türkiyə Silahlı Qüvvələrinə istinadla yaydığı son məlumata görə, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.

Bu bölgədəki Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.

Bildirilir ki, Çukurcada keçirilən aniterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.

Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.

Gununsesi.info