Türkiyənin Muş Jandarma Komandanlığının dəstələri Malazgirt mahalının Hancağız kəndindən xüsusi əməliyyat keçiriblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Muş Jandarma Komandanlığı məlumat yayıb.
Belə ki, əməliyyat nəticəsində PKK-nın silah-sursat anbarı aşkarlanıb. Anbara baxış zamanı 3 ədəd “AK” (Kalaşnikov) silahı, həmin avtomat-silah üçün nəzərdə tutulmuş 15 ədəd daraq, 1 ədəd tapança və digər hərbi ləvazimatlar aşkar edilib.