
Türkiyənin Mardin vilayətinin Dargeçit qəsəbəsində PKK Terror Təşkilatına ağır zərbə endirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə polisi əldə etdiyi kəşfiyyat məlumatları əsasında Dargeçit qəsəbəsində PKK-ya məxsus 12 mağara aşkar ediblər.
Belə ki, rəsmi məlumata görə, bu mağaralarda terrorçulara məxsus 25 kiloqramdan artıq partlayıcı, Dargeçit qəsəbəsininin ümumi xəritəsi, təşkilata aid müxtəlif sənədlər, geyim, partlayıcı istehsalında istifadə olunan elektron qurğular, 4 ədəd qaz balonu, 100-dən artıq batareya, müxtəlif adda ərzaq məhsulları və yaşayış ləvazimatı ələ keçirilib.
Anar
Gununsesi.info