Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular zərərsizləşdirilib

  • By ilhame
  • 14 İyul 2024 10:00

Türkiyənin Mardin vilayətinin Dargeçit çölündə qırmızı bülletenlə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində bildirib.

 

Jandarma və polisin birgə həyata keçirdiyi “Bozdoğan-50” əməliyyatı ilə zərərsizləşdirilən terrorçulardan biri “Herekol” kod adlı Taner Öğmendir.

 

Digər terrorçunun kimliyi müəyyənləşdirilir.

Gununsesi.info