Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.
Gununsesi.info bu barədə TRT-yə istinadən xəbər verir.
Hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.
Bununla yanaşı, torpaq altında qalan doqquz nəfərin xilasedilməsi üçün işlər aparılır.
Fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib. Hadisə qızıl mədəni ərazisində qeydə alınıb.
Gununsesi.info