Türkiyədə rus turistlər öldü

  • By admin
  • 30 İyul 2017 18:00

antalya-da-rus-turistler-oldu-9584507Jpeg
Türkiyədə istirahətdə olan 3 rus turist faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kəmər rayonunda beş ulduzlu hotelin hovuzunda boğulan Oksana Astafeyeva xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Turistin astma xəstəsi olduğu bildirilir.

Manavqatda tətildə olan 56 yaşlı Aleksandr Şevçenko da dənizdə boğularaq vəfat edib.

47 yaşlı Tatyana Loqinova isə qaldığı hoteldə infarktdan dünyasını dəyişib.

Gununsesi.info