Türkiyədə Rusiya konsulluğunun qarşısında insident - FOTOLAR

  • By admin
  • 17 Noyabr 2016 11:58

yer

Türkiyənin Beyoğlu İstiqlal prospektində yerləşən Rusiya konsulluğunun binası qarşısında silahlı insident baş verib.
Gununsesi.info-nun “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, silahlı insident 3 şəxsi mübahisəsi zəminində baş verib. Belə ki, şəxslərdən biri iki nəfəri ayağından silahla vurub. Onları vuran şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb. Dərhal əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub. Həmin şəxsin axtarışı davam edir.
Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Hazırda nə yaralıların vəziyyəti, nə də insidentin təfərrüatı barədə məlumat verilmir.
İlk məlumatlara görə, hadisənin Rusiya konsulluğuyla heç bir əlaqəsinin olmadığı məlum olub.

yer1
Anar
Gununsesi.info