Türkiyədə sərnişin avtobusu aşdı: - Ölən və yaralananlar var

  • By Günel
  • 13 Fevral 2025 23:55

Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu aşıb.

Gununsesi.info xəbər verir ki, sərnişin avtobusunun Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetmədən çıxaraq xəndəyə aşması nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu cəlb edilib.

Gununsesi.info