Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

  • By ilhame
  • 24 Sentyabr 2023 13:56

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var.

Gununsesi.info  “Haber Global”a istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.

 

Gununsesi.info