Türkiyədə şəxsi evin önündə bomba partladı - VİDEO

  • By admin
  • 25 May 2023 09:05

Türkiyənin Adana şəhərində şəxsi evin önünə əldəqayırma bomba atılıb.

Hadisə Seyhan rayonunun mərkəzində baş verib. İddiaya görə, buna səbəb borc məsələsi olub.

Borcunu ala bilməyən bir nəfər borc verdiyi adamın evinin qarşısına gəlib və oraya əldəqayırma bomba qoyub. Bir müddət sonra bomba gurultu ilə partlayıb.

Partlayışdan sonra küçəni alov bürüyüb. Şübhəli şəxs isə hadisə yerindən qaçıb.

Partlayışı eşidən vətəndaşlar evlərindən çölə çıxıblar. Həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.

Bombanın partladığı küçədə yaşayan sakinlərdən biri gördüklərindən danışıb. “Xəstəxanadan gəlmişdik, elə bu vaxt çox güclü bir səs eşitdik. Əmioğlumun maşını orada idi və alovlar baş qaldırmağa başladı. Təlaş içində çölə çıxdıq. Bomba atıldığını dedilər. Daha sonra polis əməkdaşları gəldilər. Düşünürəm ki, atılan bomba birdən çox idi, çünki çox səs-küy var idi. Çox qorxduq”, – deyə o qeyd edib.

Polisdən hadisə ilə bağlı verilən məlumatda borc məsələsi və bombanın işə salınmasına görə müəyyən edilən bəzi şübhəlilərin nəzarətə alındığı bildirilib.

Gununsesi.info