Türkiyənin Şırnak şəhərində qəribə hadisə baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Silopi mahalının Çalışkan qəsəbəsində seçkidə qalib gələn və uduzan ailələr arasında dava düşüb.
Dünən axşam saatlarında Tosun və Yiğit ailələri arasında başlayan mübahisə qısa zamanda daş və dəyənək davasına çevrilib.
Hadisə zamanı 7 nəfər yaralanıb.
Gərginliyin davam etdiyi bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.
Yaralılar sağlamlıq qruplarının ilk müdaxiləsinin sonra Silopi Dövlət Xəstəxanasına aparılıb.
Mina
Gununsesi.info