Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub.
Gununsesi.info xəbər verir ki, “MetroPoll”un namizədlər əsasında apardığı seçki sorğusunda 42,1 faiz toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub.
O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb.
Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri gələn ilin yayında keçiriləcək. İqtidar düşərgəsi Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb, müxalifət isə hələ də vahid namizədini müəyyən edə bilməyib. Siyasi analitiklər Ərdoğan yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.
Gununsesi.info