Türkiyədə sel fəlakəti nəticəsində 3 nəfər ölüb - FOTOLAR

  • By admin
  • 25 İyun 2016 11:23

mus_ta_sel_felaketi_2_olu_1_kayip_h108705_9abbb

 

HTML tutorial

Türkiyənin Muş vilayətində biri beş aylıq uşaq olmaqla 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Korkut rayonunun Karakale kəndində baş verib.

Belə ki, 45 dəqiqə davam edən leysan yağışı və dolu Sılığ dərəsinin daşmasına səbəb olub. Nəticədə Bulanık rayonundan Muş istiqamətinə hərəkət edən və içərisində 7 nəfərin olduğu avtomobili sel aparıb. Maşının sürücüsü Orhan Süngür, qızları Ela və Canan Süngür, həmçinin Songül Demiri kənd sakinləri xilas edə biliblər. Onlar Korkut Dövlət Xəstəxanasına qaldırılıblar. Ancaq sürücünün həyat yoldaşı Yasemin Süngür, oğlu Yusuf və 5 aylıq körpə Yunusu sel aparıb. Xilasedicilər ana ilə uşağın cəsədlərini tapsalar da, ancaq körpənin meyitinin axtarışları heç bir nəticə verməyib.

Həmçinin təbii fəlakət nəticəsində Karakale kəndində 40-a yaxın ev, inzibati və özəl binalara zərər dəyib, xırda və iribuynuzlu mal-qara, ev quşları tələf olub.   (Report)

 

скачанные файлы