Türkiyədə SEL FƏLAKƏTİ: ölənlərin sayı 40-a çatdı

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları gedir. 9 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

Gununsesi.info