
Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.
Daxili işlər naziri Süleyman Soylu bölgədə təsirli olan daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.
Qurbanların sayının arta biləcəyi istisna edilməyib.
19:19
Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində sel fəlakəti 10 can alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Şanlıurfada 9, Adıyamanda su basan konteynerdə 1 nəfər həyatını itirib.
O bildirib ki, həlak olanların arasında bir yaşlı uşaq da var. Meteorologiya İdarəsi gözlənilən leysan səbəbilə Adıyaman, Diyarbəkir, Elazığ, Malatya, Mardin və Şanlıurfaya (narıncı) xəbərdarlıq edib.
Adıyamanda zəlzələdən zərərə çəkənlərin yerləşdirildiyi çadırları su basıb. Şəhərin 800 nəfərlik xəstəxanasını su ilə dolduğundan xəstələr təxliyə edilib. Şəhərin bir çox rayonlarına hələ də çıxış yoxdur.
Gununsesi.info