Türkiyədə sel fəlakəti 27 nəfərin həyatına son qoyub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin Kastamonu və Sinop əyalətlərində baş vermiş daşqınlarda itkin düşən vətəndaşların axtarışları davam etdirilir.
Bu günə qədər Kastamonuda 25, Sinopda 2 nəfər sel səbəbiylə həyatını itirib. Bartın əyalətində isə itkin düşən bir nəfərin axtarışları aparılır.