Türkiyədə sosial şəbəkələrdə ekstremizmin təbliğatına görə 1656 nəfər həbs olunub

  • By admin
  • 25 Dekabr 2016 09:31

turkiya-10

Türkiyədə sosial şəbəkələrdə terrorun təbliğatına görə son altı ay ərzində 1656 nəfər həbs edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə DİN-nin məlumatında bildirilir.

“Yarım il ərzində sosial şəbəkələrdə terroru təbliğ etməkdə şübhəli bilinən 3 710 nəfərə qarşı istintaq tədbirləri görülüb, 1656 nəfərə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib” – deyə, məlumatda bildirilir.

Məlumata görə, 1203 nəfərə şərti cəza, 767 nəfər dindirilmələrdən sonra sərbəst buraxılıb. 84 nəfər barəsində istintaq davam etdirilir” – deyə, DİN rəhbəri qeyd edib.

Gununsesi.info