Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 60 nəfər müəyyən edilib

  • By admin
  • 13 Yanvar 2024 10:08

Türkiyədə terrorçuların təbliğatını aparan 60 nəfər sosial şəbəkə istifadəçisi şübhəli qismində müəyyənləşib, onlardan 4-ü ələ keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildiriib ki, ölkə daxilindəki daha 3 təbliğatçısının yaxalanması istiqamətində işlər davam edir.

Nazirin sözlərinə görə, 60 şübhəlidən 53-ü xaricdədir və onlar haqqında hüquqi prosedur başladılıb.

A. Yerlikaya bildirib ki, sözügedən 60 şübhəli özlərinin sosial şəbəkə hesablarında terrorçuları təbliğ edir və ictimai rəyi çaşdıran informasiyalar yayır.

Nazir əlavə edib ki, ölkənin 32 şəhərində keçirilən “Kahramanlar – 41” əməliyyatı çərçivəsində ümumilikdə 113 nəfər saxlanılıb.
Nazir şəhidlərin qanının yerdə qalmadığını bildirib:

“Son terrorçu məhv edilənə qədər mübarizəmiz davam edir. İlin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz demədən əməliyyatlar həyata keçiririk”.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

 

Gununsesi.info