Türkiyənin əhəmiyyətli texnologiya layihələrindən biri olan “KAAN” milli döyüş təyyarəsi Kaan bu gün səhər ilk uçuşunu həyata keçirib.
Gununsesi.info xəbər verir ki, Ankaradan havaya qalxan yerli döyüş təyyarəsi uğurlu uçuşundan sonra bazasına qayıdıb.
Bu günə qədər “KAAN” buraxılış oturacağı sınağı, tam gövdə statik testi, ətalət və statik idarəetmə səthinin sınağı, eniş qurğusunun düşmə sınağı, Sistem İnteqrasiya Laboratoriyasında avionika testi, yanacaq sınaqları və mühərrikin işə salınması sınağı tamamlanıb.
Dizaynı və istehsalı ilə milli olan “KAAN”ın qanadlarının uzunluğu 14, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Tək nəfərlik kokpitə malik olan təyyarə maksimum 55 min fut yüksəkliyə qalxa bilir. “KAAN”ın xüsusiyyətlərinə onun ikili mühərriki, yüksək manevr qabiliyyəti, radara az görünməsi, gəmidə silah daşımaq qabiliyyəti və elektron döyüş qabiliyyəti daxildir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “KAAN” milli döyüş təyyarəsinin gövdəsini 1 may 2023-cü ildə imzalayıb.
Gununsesi.info