Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

  • By admin
  • 26 Noyabr 2016 17:07

5fd07985-78db-40ea-8019-61940ea8a542_292

 

Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.

Gununsesi.info “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib.

“Gözyaşı Geceləri” adlı teatr komandası Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilib.

Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.

 

Gununsesi.info