Türkiyədə telefonla sosial şəbəkələrə giriş dayandırıldı

  • By admin
  • 04 Noyabr 2016 12:03

sosial-shebeke-600

Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə girş dayandırılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda mobil telefonlar vasitəsilə “facebook”, “whatsapp”, “twitter”, “youtube”a daxil olmaq mümkün deyil.

Sosial şəbəkələrə giriş yalnız kompüter vasitəsilə mümkündür.

Ölkədə sosial şəbəkələrə məhdudiyyətin qoyulmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Amma bunun Türkiyədə terrorçuluğa qarşı keçirilən sonuncu əməliyyatlarla bağlı olduğu güman olunur.

Qeyd edək ki, noyabrın 3-dən 4-nə keçən gecə Türkiyə polisi əsasən kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyasına (HDP) qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində partiyanın həmsədrləri də daxil olmaqla 12 deputat həbs olunub.

Onlar terrorçuluq fəaliyyətində şübhəli bilinir.

Gununsesi.info