Türkiyədə terror əməliyyatı: 93 TERRORÇU MƏHV EDİLİB

  • By admin
  • 07 İyul 2017 09:54

02

Türkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 93 terrorçu zərərsizləşdirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Belə ki, məhv edilən terrorçular PKK terrorist təşkilatının üzvləri olub.

Terrorçuların məhv edilməsi üzrə əməliyyatlar , Siirt, Şırnak və Hakkaridə aparılıb.

Qeyd edək ki, bundan başqa, xeyli sayda silah-sursat ələ keçirilib.

Anar

Gununsesi.info