
Türkiyədə növbəti dəfə terror aktı baş verib. Gununsesi.info “Milliyet” qəzetinə istinadən xəbər verir ki, terror aktı bu gün Türkiyənin Van şəhərində törədilib. Terrorçu PKK üzvlərinin həyata keçirdiyi hadisə zamanı Türkiyə təhlükəsizlik qüvvələrinin iki polisi əməkdaşı şəhid olub, bir nəfər isə yaralanıb.
Terror aktı uzaqdan idarə edilən komanda ilə partlayıcının işə salınması nəticəsində yaşanıb. Hadisə zamanı zirehli texnika sıradan çıxıb.
Yaralanan polis nəfəri xəstəxanaya yerləşdirilib. Ərazidə havadan genişmiqyaslı hərbi əməliyyatlar başladılıb.
Gununsesi.info