Türkiyədə terror təhlükəsi – bu dəfə Qaziantepdə

  • By admin
  • 03 Noyabr 2016 21:21

img2236344

 

Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.

Gununsesi.info Haber 7 qəzetinə istinadən verdiyi məlumata görə, bu tədbirlər İŞİD tərəfindən ola biləcək terror aktı təhlükəsi ilə bağlıdır.

Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu deyilir. Bundan başqa, yerli polisin İŞİD-ə qarşı yeni əməliyyatlara hazırlaşdığı da məlumat verilib.

Qeyd edək ki, ötən ayın ortalarında Türkiyə Milli Kəşfiyyat İdarəsi ölkənin bütün vilayətlərində İŞİD tərəfindən terror aktları törədilə biləcəyini demişdi.

 

 

Gununsesi.info

 

z