Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.
Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb
Bomba yüklü avtomobil polis bölməsinin binasına çırpılıb. İlkin məlumata görə, xeyli sayda yaralı var. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən maşını cəlb olunub.
Partlayış nəticəsində polis binasına ciddi ziyan dəyib.
İlkin məlumata görə, partlayışı PKK terror təşkilatı törədib. İnsidentdən sonra vilayətdə PKK-ya qarşı geniş əməliyyatlar başlayıb.
Gununsesi.info