Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.
Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, içərisi partlaycı ilə dolu maşın Çevik Polis İdarəsində güclü partlayış törədib. Partlayış nəticəsində bina tamamilə dağılıb. Hadisə nəticəsində 10-dək ölünün, 70-yaxın yaralanın olduğu bildirilir.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir.
Gununsesi.info