
Türkiyənin Hakkari bölgəsində PKK Terror Təşkilatının qruplaşmasına qarşı əməliyyat keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Belə ki,Van mahalındakı çöl sahəsində PKK üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Nəticədə terrorçulardan 1-i ölü, digəri isə yaralı olaraq ələ keçirilib. İki terrorçu isə qaçıb.
Qeyd edək ki, hazırda terrorçuların tapılması istiqamətində əməliyyat başladılıb.
Anar
Gununsesi.info