Ərdahan Qaragöl məhəlləsində tikinti sahəsində aparılan qazıntı zamanı rusiyalı generala aid olduğu ehtimal edilən məzar tapılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə dərhal Qars muzeyinin arxeoloqu Ünver Solaklıoğlu və Ərdahan Təhlükəsizlik Xidməti Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin əməkdaşları gəliblər.
Belə ki, hadisə yerinə gələn arxeoloqlar mumiyalanmış cəsəd üzərində araşdırmalara başlayıblar.
Qars muzeyinin arxeoloqu Ünver Solaklıoğlu sözlərinə görə, dünən axşam saat 5:30 radələrində Ərdahan Qaragöl məhəlləsində aparılan qazıntı işləri zamanı rusiyalı generala aid olduğu ehtimal edilən məzar aşkar edilib: “Ərdahan təhlükəsizlik qurumun rəsmilərinin bizə verdiyi məlumat əsasında hadisə yerinə gəldik və lazımi araşdırmalar apardıq. Nəticədə tabutun icərisində olan cəsədin rusiyalı əsgərə aid olduğunu təsbit etdik. Bundan başqa, tabutda içərisində tarixi əhəmiyyət kəsb edən qiymətli heç nə yoxdur. Rus generalı xristian dininin adətinə uyğun şəkildə dəfn edilib. Yalnız tabutun içində generala aid skelet və paltar var”- deyə, o, bildirib.
Gununsesi.info