Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovla hazırda həbsdə olan ADR Partiyasının sədri Qubad İbadoğlu arasında üzləşdirmə aparılıb.
Gununsesi.info bildirir ki, bu barədə həbsdəki partiya sədrinin qardaşı Qalib Toğrul bildirib.
Bu gün Bakı İstintaq Təcridxanasında Qubad müəllimlə görüşdüm.
Dünən istintaq qrupunun rəhbəri baş müstəntiq Yusif Yusifovun rəhbərliyi ilə qardaşımın qanunsuz həbsinə hüquqi don geyindirilməsinə dəstək məqəsdilə avqustun əvvəlində Türkiyədən oğurlanaraq gətirilmiş Fazil Qasımovun iştirakı ilə keçirilən istintaq hərəkətinin təfərrüatlarını öyrəndim.
2 ay psixoloji təzyiq altında saxlanılan, üstəlik ciddi mədə ağrılarından əziyyət çəkən Fazil Qasımov artıq Qubad müəllimin üzünə durmaq üçün tamamilə hazır vəziyyətə gətirilib.
Əvvəla, onu deyim ki, istintaq hərəkəti ciddi prosessual pozuntularla müşayiət olunub, baş müstəntiq Yusif Yusifov Fazil Qasımovun ifadəsini bütünlüklə elan etməyib, bir neçə epizod üzrə ifadəni səsləndirdikdən sonra istintaq hərəkətini yekunlaşdırıb, vəkillərin və Qubad müəllimin sualları qarşısında özünü itirən, gözlərini döşəməyə dikərək döyükən, əksər sualları cavablandırmaqdan imtina edən Fazil Qasımovu tez-tələsik ordan uzaqlaşdırıb.
Qeyd olunan pozuntu halları üzrə vəkillər tərəfindən müvafiq qeydlər edilərək təkrar istintaq hərəkəti (üzləşdirmə) aparılması tələb olunub.
Qayıdaq üzləşdirməyə.
Fazil Qasımov ifadəsində Qubad müəllimi 2020-ci ildə bir qrup tanınmış ziyalı ilə birlikdə Mübariz Mənsimovun həbsindən sonra Türkiyə Prezidenti Ərdoğana müraciətindən sonra tanıdığını və Qubad müəllimin fetoçu olduğu üçün müraciətə imza atdığını deyib.
Qeyd edim ki, həmin müraciət internet resurslarında var, axtarış verib müraciətin mətni və ona imza atanların kimlikləri ilə tanış ola bilərsiniz. Qısaca eyim ki, müraciətə Qubad müəllimlə yanaşı, tanınmış şair Rüstəm Behrudi, professorlar Qulu Məhərrəmli, Kamil Vəli, Anar Əhmədov, Cəmil Həsənli, Nəsiman Yaqublu və Əli Əsgərli kimi dünyanın müxtəlif nüfuzlu universitetlərində çalışan azərbaycanlı ziyalılar imza atıb.
Fazil Qasımov vəkillərin “O zaman belə çıxır ki, həmin müraciətə imza atan digər ziyalılar da fetoçudur” sualına əvvəlcədən öyrədildiyi kimi “Mən bu suala cavab verməkdən imtina edirəm” cavabını verib.
Yeri gəlmişkən, əvvəlcədən təlimatlandırılmış Fazil Qasımov üzləşmə zamanı çətinə düşən kimi “bu hüququndan” çox ustalıqla yararlanıb, dəfələrlə Qubad müəllimin və vəkillərin suallarını cavablandırmaqdan imtina edib.
İstintaq hərəkəti zamanı Fazil Qasımov yuxarıdakına oxşar gülünc ittihamlar səsləndirib.
Məsələn, o, deyib ki, guya Qubad müəllim İstanbulda ona deyib ki, məndə əslindən fərqlənməyən çoxlu saxta dollarlar var, bu pullar vasitəsilə Azərbaycanda hakimiyyət əleyhinə fəaliyyətlər həyata keçirəcəm.
Və yaxud digər bir düzməcə iddia…
Fazil Qasımov bildirib ki, təhsillə bağlı yaradılmış fondun təqdimatından sonra o, fondun maliyyələşmə şərtlərinin fetonun mexanizmlərinə oxşadığı qənaətinə gəlib.
“Hansı şərti nəzərdə tutursan” sualına cavabında Fazil Qasımov deyib ki, fondun maliyyələşmə şərtlərində nəzərdə tutulurdu ki, iddiaçılar sonradan Azərbaycana qayıdıb Vətəndə çalışsınlar.
İddianın gülünclüyünə, ittihamın cılızlığına baxın!
Eyni şərt xaricdə təhsillə bağlı əvvəlki və indiki dövlət proqramlarında da nəzərdə tutulub. O zaman eyni məntiqlə yanaşsaq, belə çıxır ki, xaricdə təhsillə bağlı dövlət proqramlarını hazırlayan, “maliyyələşmə bitdikdən sonra 5 il Azərbaycanda işləmək” şərtini proqrama daxil edən Azərbaycan hökumətinin və Təhsil Nazirliyinin rəhbərləri də ünənki istintaq hərəkəti Fazil Qasımovun bu cür gülünc iddialarla “zəngin” ifadələri üzərində qurulub (səhnələşdirilib).
Üzləşmə zamanı Qubad müəllimin dəfələrlə “Fazil, üzümə, gözlərimə bax, danış” deməsinə baxmayaraq, Fazil Qasımov bir dəfə də olsun gözlərini döşəmədən ayırıb, Qubad müəllimin üzünə baxmayıb, buna cəsarəti çatmayıb.
Elmar
GUNUNSESİ.İNFO