Türkiyədə Twitter-ın bağlanması müxalifətin etirazına səbəb olub

Türkiyə hakimiyyəti vətəndaşlar arasında çaşqınlıq yaradılması iddiası ilə bu ölkədə ən çox istifadə olunan Twitter-i bağlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Ərdoğanın bu addımı ölkənin əsas siyasi qüvvələrinin narazılığına səbəb olub.

HTML tutorial

Müxallifət hesab edir ki, hökumət bunu etməklə faciəsnin miqyasını kiçildir.

CHP lideri Kamal Kılıcdaroğlu bildirib ki, dağıntılar altında qalan insanlar sosial şəbəkə vasitəsi ilə imdad diləyir: “Biz insanlara VPN-dən istifadə etmələri üçün çağırış edirik.Yardımların koordinasiyası üçün yerlərdə olan dostlarıma VPN istifadə etmələrini söylədim. Ağlını itirmiş Saray iqtidarı sosial medianı məhdudlaşdırdı. Bunun nəticəsində yardım fəryadları daha az eşidilir. Gizlətməyə çalışdığınız hər şeyi bilirik. İzahınızı gözləyirik”.

İYİ Partiya lideri Meral Akşener isə deyib: “Zəlzələ qurbanlarının ehtiyaclarını çatdırmaq üçün əlaqə qurmaq bu qədər həyati önəm daşıyarkən, necə məhdudiyyət qoya bilərsiniz? Bu, necə bir pislikdir? Necə bir vicdansızlıqdır? Siz kimdən, nədən qorxursunuz? Ayıb olsun!”

Məmləkət Partiyası lideri Muharrem İncə bu qərara görə Ərdoğanı sərt tənqid edib:
“Twitter’-ə girişi bloklamaqla insanları dağıntılar altından xilas edə bilməzsiniz. İnsanlar ‘Twitter’-də yardım çağırışları səsləndirir və yayırlar. Bu məntiqsiz qərarı dərhal dayandırın!”

İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlu isə deyib:
“Prezident zəlzələ zonasında olan zaman mənfi reaksiyalar cəmiyyətə yayılmasın deyə sosial media və interneti məhdudlaşdırmaq sadəcə həqiqətdən qorxmaq və zəiflikdir. Türkiyə Cümhuriyyətini idarə edənlər özünə inamı yüksək olan insanlardan olmalıdır”.

Tərcümə:
Elmar