Türkiyədə universitet əməkdaşları qəzaya düşdü -Ölən və yaralılar var

  • By admin
  • 02 Yanvar 2023 10:57

Türkiyənin Mardin şəhərində valilik və universitet əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qəzaya avtomobilin idarəetmədən çıxaraq aşması səbəb olub. Hadisənin Midyat-Ömerli avtomobil yolunda baş verdiyi bildirilir.

Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılardan 3-ü Midyat, 2-si isə Mardində xəstəxanalara çatdırılıb.



Gununsesi.info