Türkiyədə universitetdə güclü yanğın - Video

İstanbul Texniki Universitetinin Ayazağa kampında güclü yanğın baş verdi.
Gununsesi.info “Sabah”a istinadla xəbər verir ki, yanğın səhər saatlarında inşaat işçilərinin qaldığı konteynerlərdən başlayıb.
Qeyd olunur ki, yanğın fəhlələrin istifadə etdiyi elektrik qızdırıcısından qaynaqlanıb və bir anda konteyneri bürüyüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər artıq yanğının qarşısını alıblar.
Hadisə zamanı ölən və yaralananlar olmayıb.
Faktla bağlı araşdırma aparılır.