“Türkiyədə və dünyada terror aktlarının intensiv hal alması hər kəsi narahat edir” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 13 Yanvar 2017 15:18

bashar

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova  Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüb.

Gununsesi.info xəbər verir ki, görüşdə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak, Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman, Milli Məclisin deputatı Vüsal Hüseynov iştirak ediblər.

B. Muradova öncə Yeni il təbriklərini çatdırıb, 2017-ci ildə bütün qitələrdə əmin-amanlıq və sülh olmasını arzulayıb. Sonra Azərbaycanla AŞPA arasındakı əməkdaşlıq əlaqələrindən söz açaraq qeyd ebdi ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb:

“Son vaxtlar hər iki tərəf mövcud əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyir”.

Vitse-spiker bildirib ki, əlaqələrimizin müsbət məcrada inkişafında həmməruzəçilər mühüm rol oynayır.
Yola saldığımız 2016-cı ildə ölkəmizdə və dünyada gedən siyasi-iqtisadi proseslərə diqqət yönəldən B. Muradova Azərbaycanda həyata keçirilmiş islahatları önə çəkdi, bir sıra məsələlərin tənzimlənməsində referendumun böyük rol oynadığını vurğulayıb.
S. Şennak isə bildirib ki, bu günlərdə Azərbaycan üzrə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi vəzifəsinə təyin olunmalarının bir ili tamam olur. Ona görə də, cənab Sezar Florin Preda ilə birgə bu ilki  fəaliyyətlərinə Azərbaycandan başlamaq qərarına gəliblər.

Eyni zamanda, MM-in Avropa Şurası Parlament  Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri də həmməruzəçilərlə görüşüblər. Beynəlxalq  münasibətlər  və  parlamentlərarası  əlaqələr  komitəsinin  sədri, AŞPA-dakı  nümayəndə  heyətinin rəhbəri  Səməd  Seyidov  qeyd  edib ki,  Türkiyədə  və  dünyada  terror  aktlarının  intensiv hal alması  hər  kəsi  narahat  edir:

 “Yeni – 2017-ci ilin  demokratiya, insan  hüquqlarının  aliliyi,  vətəndaş  cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə, əmin-amanlığın bərqərar olması  baxımından  həm ümumi  evimiz  olan  Avropada, həm  də dünyada  sülhlə dolu, uğurlu   bir  il olacağına, təhlükəsizlik və sabitliyə gözəl töhfələr verəcəyinə  ümidvarıq”.
Qonaqlara Dağlıq Qarabağ  münaqişəsindəki mövcud  durumdan  söz  açan Seyidov bildirib ki, Ermənistan  dayanmadan  işğal  altında  olan Azərbaycan  ərazilərində  qeyri-qanuni  məskunlaşma  aparır:

“İşğalçı dövlət  BMT-nin və  digər  beynəlxalq  qurumların konkret  olaraq  bununla  bağlı  qətnamələrinə məhəl  qoymur,  hələ də başqa ölkələrdən  gələn  vətəndaşları orada  yerləşdirməyə  davam  edir. Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu rayonlarda dalbadal baş verən təxribatlar zamanı şəhid  olan Azərbaycan əsgərinin cəsədi iki  həftədən  artıqdır bizə qaytarılmır. Bu da Cenevrə konvensiyasının  prinsiplərinə  ziddir”.
S. Şennak da öz növbəsində  Avropa  Şurasına  üzv  olan iki dövlət – Azərbaycanla  Ermənistan  arasında  yaşanan bu  münaqişədən dərin narahatlığını ifadə edib. Dağlıq Qarabağ münaqişəsində obyektivliyin qorunmasının onların fəaliyyətində önəmli prinsip olduğunu, hesabatlarında əksini tapan məqamların  dürüstlüyünü  səylə  qoruduqlarını  bildirib.
Gununsesi.info