Türkiyədə virusdan daha 68 nəfər vəfat etdi

Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, son 24 saatda 13 378 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 879 390, pandemiya qurbanlarının sayı isə 29 489 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 701 076 pasiyent (son sutkada 15 516 nəfər) sağalaraq evə buraxılıb.

Gununsesi.info