
Türkiyənin Bursa şəhərində xəstəxana yanır.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin 179 yerlik Psixatriya və Nevrologiya Xəstəxanasında yanğın başlayıb. Yanğın xəstəxanın yeməkxanasının damından başlayıb, xəstəxananı qatı duman bürüyüb.
Hazırda xəstələr xəstəxananın digər korpusuna köçürülür. Yanğınsöndürənlər hadisə yerindədir, yanğının qarşısının alınması üçün tədbirlər davam edir. Polis isə xəstəxanın ətrafında olan hərəkəti dayandırıb.
Gununsesi.info