Türkiyədə yanacaq bahalaşdı

Türkiyə gəlir idarəsi rəhbərliyi ölkədaxili istehsal qiymət indeksinə bağlı olaraq, yanacaq, tütün və alkoqollu içkilərin şəxsi istehlak vergilərinin artıldığını bildirdi.  

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, bu məhsullar üçün vergilər, hər altı ayda bir  ölkədaxili istehsal qiymət indeksinə görə yenidən hesablanır. 

 2014 – cü ilin ilk yarısında yanacaq , tütün və alkoqollu içkilərin qiymətlərində yüzdə 19,49 faiz bahalaşma olduğunu qeyd edən idarə, şəxsi istehlak vergilərinin də bu artıma bağlı olaraq yüzdə 19,49 dəyişdiyini ictimaiyyətə açıqlayıb. 

 Bəzi  məhsullar üçün şəxsi istehlak vergi bu şəkildə açıqlanıb.

Bir qutu siqaret – 6,49 lirə,

bir şüşə şərab – 7,45 lirə,

yüksək alkoqollu içkilər üçün hər litrə düşən alkoqol dərəcəsi üçün 2,06 lirə,

benzində 1,84 lirə ,

dizel yanacağında 1,72 lirə.

 

 

Xəqani

Gununsesi.info