Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur – FHN

Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyi əməkdaşı Emil Azadovun ölüm xəbəri yayılıb.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

HTML tutorial

“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, – deyə E.Mirzəyev bildirib.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir.

Gununsesi.info