Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda 4 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınmış zəlzələnin ocağı 7,09 km dərinlikdə yerləşib. Təbiət hadisəsinin episentri rayonun Karaçam yaşayış məntəqəsindən 1,54 km məsafədə olub.
Yerli sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.
Gununsesi.info