Türkiyədə yeni həbs dalğası

  • By admin
  • 18 Yanvar 2017 13:55

unnamed (6)

Türkiyənin 35 əyalətində növbəti dəfə “ByLock” əməliyyatı keçirilib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli yazışma proqramı olan “ByLock”dan istifadə edən 243 hərbi qulluqçu nəzarətə götürülüb.
Nəzarətə götürülən hərbi qulluqçuların yaşadıqları ünvanlarda polislər tərəfindən axtarış aparılıb. Axtarış zamanı polislər Fətullahçı Terror Təşkilatına aid xeyli sayda sənəd, ünsiyyət və informasiya vəsaitləri ələ keçiriblər.
Tibbi müayinədən keçən şübhəlilər daha sonra ifadələrinin alınması üçün İstanbul Polis İdarəsinə aparılıblar.

Anar

Gununsesi.info