Türkiyədə yenidən ZƏLZƏLƏ OLDU

  • By admin
  • 21 May 2023 19:09

Türkiyədə Adana vilayətinin Saimbəyli bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 6,67 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:46-da qeydə alınıb.

Qeyd edək ki, bu, son bir ayda Türkiyə ərazisində qeydə alınan ikinci ən güclü yeraltı təkanlar olub.

Gununsesi.info