Türkiyədə yük gəmisi batdı: Ekipajın xilas edilməsi üçün bölgəyə qruplar göndərilib

  • By admin
  • 15 Fevral 2024 09:25

Mərmərə dənizində, İmralı adasının cənub-qərbində 69 metr uzunluğunda yük gəmisi batıb.

Gununsesi.info xəbər verir ki, Sahil Mühafizə Komandanlığı və Sahil Təhlükəsizliyi Baş İdarəsi qrupları gəmidəki 6 türk heyətini xilas etmək üçün fəaliyyətə başlayıb. Bursa valisi Mahmud Dəmirtaş gəminin batdığı ərazidə dalğaların hündürlüyünün 3 metrə yaxınlaşdığını bildirib.

Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada, 69 metr uzunluğundakı yük gəmisinin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batdığı, gəmidəki 6 nəfərin xilas edilməsi üçün 3 qayıq və 1 helikopterin göndərildiyi açıqlanıb.

Bildirilib ki, “Batuhan A” adlı ümumi yük gəmisi üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus “KEGM-6” və “KİYEM-4” sürətli xilasetmə qayıqları dərhal hadisə yerinə yönəldilib.

Bursa valisi Mahmud Dəmirtaş, hadisədən sonra Sahil Polis Baş İdarəsindən iki qrup və Balıkəsirdə Bandırma rayonundan bir qrupun bölgəyə göndərildiyini söyləyib.

Gununsesi.info