Türkiyədə yüzlərlə insan təxliyyə edildi

Türkiyə yenidən meşə yanğınlarına nəzarəti itirib.

Gununsesi.info xəbər verir ki, hazırda qardaş ölkənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.

HTML tutorial

Məlumata görə, təxminən 110 həyətdən 450 nəfər təxliyə edilib.

Yanğının söndürülməsi üçün təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə cəlb edilib.

Ümumilikdə yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500-dən çox canlı qüvvənin cəlb olunduğu vurğulanır.

Gununsesi.info