Türkiyədə zəlzələ bölgəsinin sakinləri kimə səs verib?

  • By admin
  • 02 Aprel 2024 11:00

1 il əvvəl Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələ bu bölgənin durumunu seçkiöncəsi də gündəmdə saxladı. 

Gununsesi.info-nun xəbərinə görə, Kahramanmaraşın Elbistan mahalında 47 ildən sonra ilk nəticələrə görə seçkiləri CHP qazanıb.

Qutuların sayılmasından bir neçə saat sonra CHP-nin Kahramanmaraş millət vəkili Əli Öztunç X sosial media hesabındakı paylaşımında Elbistan, Nurhak, Ekinözü və Pazarcık rayonlarında keçirilən seçkilərdə qalib gəldiklərini açıqlayıb.

Az qala bütün qutuların açıldığı Elbistanda CHP-nin namizədi Erkan Gürbüz 37 faizlə öndədir.

Millət vəkili Öztunç seçki bürosunun qarşısına toplaşan kütləyə müraciət edərək “Elbistan qalib oldu, Elbistan üçün dayanmadan çalışacağıq. Elbistanımızın xidmətçisi olacağıq” deyib.

Gürbüz camaat qarşısında çıxış edən Öztunc  “Hər kəs bilməlidir ki, Elbistan etibarlı əllərdədir. Uğurlarımızın yeganə səbəbi Elbistanlıların bizə inanması və etibar etməsidir. Biz bu etimadı puç etməyəcəyik” deyə vəd verib.

 

Afət Abbasova

Gununsesi.info