
Türkiyənin Sivas şəhərində zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 17.18-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Episentri Sivasın Gürün rayonu olan zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Gununsesi.info