Türkiyədə zəlzələ olub

  • By ilhame
  • 03 Mart 2024 19:15

Türkiyənin Malatya şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də qeydə alınıb.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Gununsesi.info