Türkiyədə zəlzələ olub - 4,4 BAL GÜCÜNDƏ

  • By admin
  • 11 Noyabr 2017 14:50

Türkiyənin Manisa əyalətinin Saruhanlı rayonunda zəlzələ olub. 

Gununsesi.info “ahaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu məlumat yayıb.

Yeraltı təkanların gücü 4,4 bal olub. Zəlzələ İzmirdə də hiss edilib. Qısa müddət davam edən yeraltı təkanlar nəticəsində dağıntı və xəsarət alan olmayıb.

Gununsesi.info